İranın mizan tərəzisində kim daha ağırdır: Azərbaycan, yoxsa Ermənistan?

İranın mizan tərəzisində kim daha ağırdır: Azərbaycan, yoxsa Ermənistan?
13:32 28 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Hiss olunur ki, İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə çalışır. Onun "indiki münasibətlərimiz yaxşıdır, amma bundan daha yaxşı edə bilərik" sözləri də bundan xəbər verir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Hazırda İranla Azərbaycan arasında bir neçə birgə layihə var ki, onların reallaşması iki ölkə arasındakı əlaqələri daha üst səviyyəyə qaldırmalıdır:

"Birinci layihə Astara (Azərbaycan) - Astara (İran) dəmiryol xəttidir. Bu, yeni dəhlizdir və Cənubla Şimalı birləşdirir və onun tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

İkinci layihə sonrakı mərhələdə Astara-Rəşt dəmiryol xəttidir. Birinci layihədən fərqli olaraq bu dəmir yolunun tikintisi bir qədər uzun çəkəcək. Çünki bu xəttin uzunluğu 160-170 km-dir. Problem ondadır ki, bu xətt İran ərazisində bəzi yerlərdə evlərin, təsərrüfatların olduğu ərazilərdən keçəcək. Ona görə də texniki məsələlərin həlli vaxt aparacaq.

Üçüncü layihə Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində dərman preparatları zavodunun tikintisidir. Bu zavod hər iki dövlətin müxtəlif növ dərman preparatlarına ehtiyacını ödəməlidir.
Bundan başqa, İran Azərbaycan ərazisində xəstəxana tikmək istəyir. Məlumdur ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müalicə üçün İrana gedir. İranda tibdi xidmət və dərmanlar nisbətən ucuzdur. Azərbaycanda İrana bağlı xəstəxana olarsa, iranlı həkimlər Azərbaycana gələcəklər.

Dördüncü layihə Neftçala rayonunda İranla Azərbaycanın birgə zavodunun işə başlamasıdır. Bu zavodda İran avtomobillərinin istehsalı nəzərdə tutulub.

Bu layihələrin reallaşması noyabrın 28-də Bakıda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə olunacaq. Komissiyada prezidentlərin növbəti görüşünün proqramı da hazırlanacaq".

Lakin politoloqun fikrincə, Azərbaycanla İran arasında artan əməkdaşlığa baxmayaraq, Tehran-İrəvan əlaqələri əvvəlkitək Azərbaycanı narahat edir: "Yaxın günlərdə İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edəcək. Bu, Ruhaninin Ermənistana ilk səfəri olacaq. Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə iki dəfə görüşüb. Buna baxmayaraq, Həsən Ruhaninin Ermənistana səfəri, keçirəcəyi görüşlər və imzalanacaq sazişlər Bakıda müzakirə predmeti olacaq. Həsən Ruhani İlham Əliyevlə görüşlərində Dağlıq Qarabağ münaqişəsindən danışarkən, Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğuladığını söyləyib. İranın dini lideri Əli Xamneyi də çıxışlarında bir neçə dəfə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi dəyərləndirdiyini deyib. İndi İran prezidentinin eyni sözləri İrəvanda təkrarlamasına ehtiyac var. İrəvanda veriləcək bu cür açıqlama Azərbaycanda müsbət qarşılanacaq. Ancaq bu ifadənin əvəzinə "biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq" sözləri işlənərsə, bu, rəsmi İrəvanın xeyrinə olacaq".

E.Şahinoğlu hesab edir ki, Azərbaycan İran üçün Ermənistana nisbətən daha faydalı tərəfdaşdır: "Aydındır ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir. İranla Azərbaycan arasında konkret layihələr var, dəmir yolu tikilir, birgə zavod və fabriklərin tikintisinə başlanacaq. İranla Ermənistan arasında isə konkret ortaq layihə azdır. Ermənistan kiçik dövlətdir, bazarı kiçikdir, potensialı da yoxdur. Yəni praqmatik baxımdan da İrana Azərbaycanla əməkdaşlığı genişləndirmək daha məqbuldur. Bütün hallarda, Azərbaycan cəmiyyətinin İrandan ən böyük gözləntisi odur ki, rəsmi Tehran Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutsun".

Lakin ekspertin fikrincə, rəsmi Tehranın bəzi məqamları, xüsusən də Azərbaycanın İsraillə olan münasibətlərini lüzumsuz yerə özünə dərd etməsi buna mane olur: "Buna baxmayaraq, rəsmi Bakı İranın daxili işlərinə qarışmır, "Tehran niyə işğalçı Ermənistanla sıx əlaqələr qurur?" sualını gündəmə gətirmir. Lakin bunun qarşılığında İran rəsmiləri əvvəlkitək Azərbaycan-İsrail münasibətləri haqqında narahatlıqlarını dilə gətirir, bu barədə mediaya açıqlama verirlər. Doğrudur, əvvəlki illərdən fərqli olaraq bu açıqlamaların intensivliyi azalıb. Ancaq, bu mövzunu yenə ara-sıra xatırladırlar. İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana səfər edəcək. Böyük ehtimalla bu səfərdən sonra da Tehranda bəlli açıqlamalar səsləndiriləcək. Azərbaycan rəsmilərinin iranlı həmkarları ilə açıq və qapalı görüşlərdə daim təkrarladığı "İsrail və ya ABŞ-la əməkdaşlıq İrana qarşı yönəlməyib" açıqlamaları da hələ ki, Tehranı sakitləşdirmir".

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Böyük Qafqaza 80 mm yağıntı düşüb - Faktiki hava

26 Sentyabr 2017 11:29

İlahi, imkan ver yaşayım!

26 Sentyabr 2017 11:28

Qızla tanış olmaq üçün görün nə etdi...

26 Sentyabr 2017 11:26

ABŞ Azərbaycanda minaların təmizlənməsinə 30 milyon dollar yardım edib

26 Sentyabr 2017 11:24

ABŞ-dan Bərzaniyə xəbərdarlıq: “Sərhədlərin dəyişdirilməsi…”

26 Sentyabr 2017 11:23

Gülaya yardım edək

26 Sentyabr 2017 11:23

Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər

26 Sentyabr 2017 11:22

Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib

26 Sentyabr 2017 11:22

Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

26 Sentyabr 2017 11:19

İraqın ərazi bütövlüyünü dəstəkləyirik

26 Sentyabr 2017 11:19

Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

26 Sentyabr 2017 11:17

"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

26 Sentyabr 2017 11:17

İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

26 Sentyabr 2017 11:17

İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:15

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

26 Sentyabr 2017 10:42

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

26 Sentyabr 2017 10:42

Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə

26 Sentyabr 2017 10:39

Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

26 Sentyabr 2017 10:39

Abid Şərifov: "Hərbi sursatların təmizləmə əməliyyatı başlananadək 532 nəfər ölüb"

26 Sentyabr 2017 10:37

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26 Sentyabr 2017 10:35

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

26 Sentyabr 2017 10:35

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:33

Azərbaycanın İsraildən aldığı dəhşətli silahlar...

26 Sentyabr 2017 10:30

İdmançımız ermənini udub “bürünc” qazandı

26 Sentyabr 2017 10:27

Qazaxıstanda brakonyerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb

26 Sentyabr 2017 10:27

Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu

26 Sentyabr 2017 10:27

Kərkükə 500 terrorçu gəlib

26 Sentyabr 2017 10:24

Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 10:23