Belarus prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb
13:47 28 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb. 
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/belarus-prezidenti-azerbaycana-resmi-sefere-yola-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR