Lukaşenko Bakıya yola düşdü

Lukaşenko Bakıya yola düşdü
14:03 28 Noyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşdü.

Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.

İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.

Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

report.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR