Putin bir sıra yüksək vəzifəli məmurları işdən çıxardı

Putin bir sıra yüksək vəzifəli məmurları işdən çıxardı
14:12 28 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Federal Təhqiqatlar Bürosunun, dövlət başçısının İşlər İdarəsinin, Müdafiə və Daxili İşlər nazirliklərinin bir neçə yüksək vəzifəli məmurunu vəzifədən azad edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov bu qərarın dövlət başçısının tövsiyəsinə zidd olaraq həmin məmurların Rusiya Elmlər Akademiyasının müxbir üzvü və akademiki seçilmələri ilə bağlı olduğunu bildirib.

Beləliklə, Federal Təhqiqatlar Bürosunun qeydiyyat və arxiv fondları idarəsinin rəisi, general-leytenant Vasili Xristoforov vəzifəsindən azad olunub. Prezidentin işlər müdirinin müavini Konstantin Kotenko, Müdafiə Nazirliyinin Baş hərbi-tibb idarəsinin rəisi Aleksandr Fisun, daxili işlər nazirinin müavini, Daxili İşlər Nazirliyinin istintaq departamentinin rəisi Aleksandr Savenkov öz ərizələrinə əsasən vəzifədən azad ediliblər.

Agentliyin yaydığı xəbərdə bu il hakimiyyət orqanlarının 14 nümayəndəsinin Rusiya Elmlər Akademiyasının üzvü seçildiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR