Röyanı çıxdaş edək? - Media savaş açdı - FOTO

Röyanı çıxdaş edək? - Media savaş açdı - FOTO
14:22 28 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Son konsertində jurnalistlərə qarşı aqressiv addımı ilə gündəmə gələn Röya Ayxan adekvat münasibətlə üzləşib.

Milli.Az xəbər verir ki, qafqazinfo məsələylə bağlı bunları yazıb:

"Medianın bir qismini konsertə buraxmayan sənətçi onları hədələməkdən, təhqir etməkdən çəkinməyib.

Onun bu hərəkəti mətbuat orqanları tərəfindən birmənalı qarşılanmayıb. Bu gün ölkənin aparıcı KİV-lərində müğənniyə qarşı sərt yazılar dərc olunub.

Maraqlıdır ki, oxumağa başlayandan unitazda oturmağından tutmuş ərə getməyi, müxtəlif çılpaq foto-videoları ilə gündəmə gəlməyi bacaran bu sənətkar daim mətbuata yuxarıdan aşağı baxıb. Ancaq bu qızcığaz unudur ki, mətbuat onu ucaltdığı kimi qaytarıb çıxdığı yerə də göndərə bilər. Yəni, uzun illər əvvəlin sadə, bəsit, kəlmə başı ağlayan Röyaləsinə çevirilə bilər. Bu dəfə qısa qeydlərlə kifayətlənirik. Əgər özünün dediyi kimi mətbuata fınxırmaqda davam etsə, gözəl şəkilləri, videoları və keçdiyi keşməkeşli həyat yolu ilə bağlı ayrıca yazı dərc edə bilərik.

Məsələ belədir ki, indiyənə kimi Azərbaycan mətbuatına sifət göstərən təkcə Röya olmayıb. Müxtəlif sahələrdən olan insanların mətbuata qarşı haramzada münasibətini daim müşahidə etmişik. Elə əli başına çatan yerli mətbuatı söyüb, təhqir edib, aşağılayıb. Biz başa düşürük... Ancaq daha Röya tərəfindən yox da..."

Xatırladaq ki, mətbuatda onun bu addımlarına dəfələrlə cavab verilib və müğənni öz yerinə oturdulub. Bu gün də qeyd etdiyimiz kimi, bir sıra xəbər portallarında onun haqqında sərt yazılar dərc olunub.

Lent.az xəbər portalı "Haram olsun, Röya" başlığı ilə yazı dərc edib:

"İt itliyi ilə ona nə vaxtsa bir sümük verən adama ömür boyu vəfa hiss edir, sədaqət göstərir. Ancaq it deyib keçməyək, söhbət dünyanın ən vəfalı heyvanından gedir, insandan yox. Bu da heç. İtlərə verdiyimiz sümüklər halal xoşları olsun. Onlar o sümükləri heç vaxt unutmur, yaxşılığı qiymətləndirir".

Müsavat.com saytı isə sənətçinin bu addımına görə, "Röya 8 il həbs oluna bilər" başlığı ilə yazı təqdim edib.

Röya-jurnalist qalmaqalı barədə hüquqşünasRuslan Əhmədoğlu fikir bildirib. 

O, sayta açıqlamasında qeyd edib ki, şantaj, hədə-qorxu ilə tələb etmə halında həmin şəxs Cinayət Məcəlləsinin 182 maddəsinə əsasən, 3-8 ilə qədər həbs edilə bilər:

"Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanuni şəkildə jurnalist fəaliyyəti göstərən şəxsin hüquqlarını məhdudlaşdırmaq birmənalı hüquq pozuntusudur! Şantaj, təhqir və şərəf ləyaqətinə toxunan sözlər ilə jurnalist üzləşibsə, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədəuyğundur. Şantaj, hədə-qorxu əmlak tələbinə bağlı olmadığı üçün mülki qaydada baxıla bilər. Şantaj, hədə-qorxu ilə tələb etmə halında Cinayət Məcəlləsinin 182 maddəsinə əsasən, 3-8 ilə qədər həbs edilə bilər"

Qeyd edək ki, Elvin Elxan adlı jurnalist Röyanın KİV nümayəndələrini konsertə buraxılmaması barədə qərarına bunları demişdi: "Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq".

Amma razılaşaq ki, bir məqam da var - dünyanın heç bir yerində konsert verən müğənni mətbuat nümayəndələri üçün xüsusi dəvət göndərmir. Sivil ölkələrdə məsləyindən asılı olmayaraq hər kəs, hətta müğənninin komandasına daxil olan insanlar belə konsertdə iştirak etmək istəyirsə, əlini cibinə salmalı olur. Bu müğənninin şəxsi qərarıdır və hər kəs də onun bu qərarına hörmətlə yanaşmalıdır. O ki, qaldı müğənninin təhqirinə və özünü "lotu" kimi aparmasına, bu cəsarət onda haradan qaynaqlanır, çox maraqlıdır.

Təhməz Təkin
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR