Rusiyada Azərbaycan dilində məktəblər açılacaq?

Rusiyada Azərbaycan dilində məktəblər açılacaq?
14:27 28 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu təhsil nazri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. 

M.Cabbarov ölkədə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrıldığını vurğulayıb.

Rusiyanın təhsil naziri Olqa Vasilyeva isə Rusiyanın Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, 2016-cı ildə Azərbaycanda rus dili öyrənmək istəyənlərin sayının 5 faiz artdığını qeyd edərək bunu müsbət hal adlandırıb.

"Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər".

Konfransın açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sədri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/493769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR