Türkiyə Hava Yolları aviareysləri təxirə saldı

Türkiyə Hava Yolları aviareysləri təxirə saldı
10:12 6 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Bəzi daxili və xarici aviareyslər təxirə salınıb
“Türkiyə Hava Yolları” (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün planlaşdırılan bəzi daxili və xarici aviareysləri təxirə salıb.

Anspress-in məlumatına görə, bu barədə bazar ertəsi THY-nin internet saytında xəbər verilib.

THY-nin internet vasitəsilə verdiyi açılamada, bəzi qarşılıqlı səfərlərin hava şərtləri səbəbilə ixtisara salındığı bildirilir.

Açıqlamaya əsasən, 39 daxili, 5 xarici aviareys təxirə salınıb.

Xatırladaq ki, THY əlverişsiz hava şəraiti ilə əlaqədar bir həftə əvvəl də bir sıra uçuşlarını təxirə salmış və bu barədə açıqlama yaymışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR