Oğurluqda şübhəli bilinən Masallı rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da rayon sakini Aslan Fərzəliyevin evindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Məryəm Babaşova tutulub.