Avropa İttifaqından daha bir ölkə qopur: “Əgər Türkiyə...”

Avropa İttifaqından daha bir ölkə qopur: “Əgər Türkiyə...”
15:33 28 Noyabr 2016
115 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Avropa İttifaqına üzv olarsa, Avstriyanın quruma üzvlük məsələsini referenduma aparacağam”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avstriya prezidentliyinə namizəd, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer deyib.

Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellenlə teledebata çıxan Norbert Hofer şəxsən Avstriyanın Avropa İttifaqından çıxmasını istəmədiyini söyləyib.

Qeyd edək ki, Avstriya parlamenti üç gün əvvəl Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdillilə qəbul edib. Yaşıllar Partiyasının təqdim etdiyi layihəni parlamentdəki 6 partiya dəstəkləyib.

“Qərbi məhv edəcək yeddi adamdan” biri hesab edilən Norbert Hofer qaçqın böhranına məntiqli reaksiya kimi vətəndaşlara odlu silah almağı məsləhət görür.

Qərbi məhv edəcək YEDDİ ADAM

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanması Avropada sağçıları sevindirib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR