2017-ci ildə Bakı Metropoliteni qənaətə
keçməlidir.
Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında
qanun layihəsinə rəyində bildirilir.
Bakı şəhərinin ictimai nəqliyyatında Metropolitenin rolunu və onun
sosial əhəmiyyətini və bu sahədə tariflərin tənzimlənməsinin
vacibliyini nəzərə alaraq “Bakı Metropoliteni” QSC-yə
sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı
illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0% az
olmaqla 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb.
Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib
ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin
artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan
qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə
sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif
xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin
azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının
tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot
intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin
görülməsi “Bakı Metropoliteni”nə ayrılan subsidiyaların
azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə
gətirib çıxaracaq.
Qeyd edək ki, bəzi ekspertlər metropolitenə ayrılacaq
subsidiyaların azaldılması ilə əlaqədar olaraq metroda gediş
haqqının (hazırda 20 qəpik təşkil edir) artırılacağını bildirirlər.
Amma Metropoliten bununla bağlı rəsmi açıqlamada qiymət artımının
gözlənilmədiyini bildirib. (fins.az)