Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək “ƏN Yeni İl” adlı konsertin təşkilatı hazırlığı tam sürətlə davam edir.
Stadionun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yerli və xarici ulduzların səhnəyə çıxacağı konsertdə “AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapacaq.
Artıq 1 500 nəfər öz biletlərini və dolayısı ilə bu dəyərli hədiyyələri qazanmaq şansını əldə ediblər. Lotoreyada konsert biletlərin nömrələrinə əsasən oynanılacaq.
Konsertə biletləri iticket.az saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.