Azərbaycan Təbriz və Ərdəbillə biznes əlaqələrini genişləndirir

Azərbaycan Təbriz və Ərdəbillə biznes əlaqələrini genişləndirir
16:57 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın bir qrup sahibkarlarının dekabrın 17-dən 20-dək İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.
Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sözügedən işgüzar səfərdə iştirak etmək istəyən sahibkarlar ASK-ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-tebriz-ve-erdebille-biznes-elaqelerini-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR