Azərbaycanlı rejissorun sorağı Amerikadan gəldi

Azərbaycanlı rejissorun sorağı Amerikadan gəldi
17:03 28 Noyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Kinorejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi beynəlxalq festivalda qalib olub.

Publika.az xəbər verir ki, bu barədə müəllif sosial şəbəkədə yazıb:

“Noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında “Weyauwega” Beynəlxalq Film Festivalı keçirildi. Bu, müəllif filmləri festivalı idi. Çox maraqlı, sərbəst, yaradıcı bir mühit vardı. Bu festivalda vaxtı ilə 2014-cü il Oskar almış “The Lady in Number 6”, 2015-ci ildə Oskar nominantı olan “Everything will be OK” və sairə filmlər iştirak ediblər.

18 ölkədən 50 film seçilmişdi, bəndənizin “Kənddə sonuncu yəhudi” (“The last Jew in the village”) filmi də onların içərisində idi. Bizim film - “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında birinci yerə layiq görüldü. Bu münasibətlə bu işdə əziyyəti olan və olmayan bütün dostlara minnətdarlığımı bildirirəm.

Filmin ssenari müəlliflərindən biri Vaqif Azəryar, operatoru Yuri Varnovski, montaj rejissoru Vüsal Nazimoğlu, səs rejissoru Pərviz (Mete), prodüserlərdən biri amerikalı prodüser Oleq Harencar. Bu iş uzun müddətə və çətinliklərlə çəkilsə də, Tanrı əvəzini verir”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR