Yeni ildə neçə gün iş olmayacaq?

Yeni ildə neçə gün iş olmayacaq?
17:11 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.

Axşam.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, 2017- ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.

2016- cil ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017- ci ilin yanvarın 1,2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq.

Yanvarın 5-i isə iş günü hesab olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR