Çempionluq matçında atasının ölüm xəbərinə sarsıldı

Çempionluq matçında atasının ölüm xəbərinə sarsıldı
17:27 28 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Çilinin Santyaqo şəhərində keçirilən tennis turnirində dramatik hadisə yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yerli tennisçi Daniela Segelin 6-4 irəlidə olduğu matçda onu tribunadan izləyən atasının vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. Hakim tərəfindən dayandırılan matç qısa fasilədən sonra davam edib. İkinci setdə hesab 4-4 olarkən çilili tennisçiyə atasının ölüm xəbəri çatdırılıb. Daniela göz yaşları içində oyunu yarımçıq buraxıb.

Ona ilk təsəllini verən finaldakı rəqibi braziliyalı Paulo Qonsalves olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR