Ölçüsü 58 qram, qida dəyəri 78 kalori - GƏLƏCƏYİN ÖLÜM KABUSU BAKIDA

Ölçüsü 58 qram, qida dəyəri 78 kalori - GƏLƏCƏYİN ÖLÜM KABUSU BAKIDA
17:28 28 Noyabr 2016
1344 Digər
Ölkə mətbuatı
A- A+

Ölçüsü 58 qram, qida dəyəri 78 kaloridir. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin fikrincə, bu məhsul 30 il əvvələ nisbətən daha çox faydalı olub. Yəni tərkibində çoxlu vitamin, minerallar, az yağ və xolesterin var. Söhbət son zamanların gündəmi olan yumurtadan gedir. 20 qəpiyə qədər bahalaşan, Çindən gətirildiyi iddia edilən yumurtadan.

Publika.az “Ayırtman” layihəsi çərçivəsində yumurtanın xeyirlərini və keyfiyyətsiz yumurtanı necə tanımağı təqdim edir.

Əhali nə qədər yumurta istehlak edir?

Dövlət Statistika Komitəsinin rəqəmlərinə inansaq, 2015-ci ilin yekununa adambaşına yumurta istehlakı illik 158 ədəd təşkil edir. Hansı ki 10 il əvvəl bu rəqəm illik 128 ədəd idi. Yəni göründüyü kimi əhalimizin yumurta istehlakı artıb. Elə buna qarşılıq bazarın tələbinə uyğun yumurtanın qiyməti də yüksəlib. Məsələn, 10 il əvvəl 4 qəpik idisə, indi yumurtanın dəyəri 20-35 qəpik arasında dəyişir.

2015-ci ildə xaricdən aldığımız yumurtalar

Yenə da statistikaya görə, 2015-ci ildə ölkəyə 47448.62 ədəd, yəni 8456.92 min dollar dəyərində quş yumurtası, qabıqlı, təzə, inkubasiya üçün mayalanmış, konservləşdirilmiş və ya suda bişirilmiş, 3932.64 ədəd, yəni 152.22 min dollar dəyərində təzə quş yumurtaları, qabıqlı, 28.01 ton, yəni 14,4 min dollar dəyərində quş yumurtası, qabıqsız və yumurta sarısı, təzə, qurudulmuş, dondurulmuş və ya konservləşdirilmiş yumurta göndərilib. Onu da bildirək ki, Çinlə xarici ticarətin mallar üzrə təsnifatında bu ölkədən yumurta idxal etdiyimiz əksini tapmır.

Çindən gətirilən saxta yumurta

Çinlilərin saxta düyüdən sonra saxta yumurta istehsal etməsi bu ölkənin ticarət tərəfdaşı kimi bizim ölkənin sakinlərini də narahat edib. Çində istehsal edilən süni yumurtanın hansısa yollarla Azərbaycan bazarına daxil olması istisna deyil. İlkin baxışda adi toyuq yumurtasından fərqlənməyən saxta Çin yumurtalarını adi toyuq yumurtasından necə seçmək olar?

Çin yumurtalarının quruluşu

Bu yumurtanın rəngi daha şəffaf olur. Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir. Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür, bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır. Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır. Mağazadan aldığınız yumurtanın saxta Çin yumurtası, yoxsa təbii yumurta olduğunu bilmək üçün onu sındırmanız kifayətdir. Belə ki, yumurtanı sındırıb bir müddət qabda saxlayın. Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını müşahidə edəcəksiniz. Çünki süni yumurtanın ağı və sarısı oxşar tərkibli maddələrdən əldə edilib. Növbəti fərqi isə bişirəndən sonra aşkar edə bilərsiniz.

Yumurtanı qaynadıb sarısını 6 saat soyuducuda saxlayın. Əgər təbiidirsə, o bir az göyərəcək. Həmin yumurtanın sarısı ovulmayacaq və əksinə, jelatinə bənzər forma alacaq, zülal azca çatlaya bilər. Ancaq yumurtanın hansısa yeməyin üzərinə sındırsanız, onun saxta yumurta olub-olmadığını ayırd edə bilməyəcəksiniz. Bu yumurtalar qaraciyərdə və əsəb sistemində problemlər yaradır.

Nazirlik xəbərdar edir

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a bildirilir ki, yumurta alarkən ehtiyatlı olmaq lazımdır. Keyfiyyətsiz yumurtadan zəhərlənmə ilə yanaşı, müxtəlif xəstəliklər yarana bilər:

“Yumurta mağazaya qəbul edilərkən onun baytar həkimi tərəfindən yoxlanılması ilə bağlı sənədləri və sertifikatı tələb olunmalıdır.

Belə ki, fərdi təsərrüfatlarda toyuq o qədər də çox olmadığından yumurta günlərlə yığılır və lazımı temperaturda saxlanılmadıqda keyfiyyətini itirir”.

Yumurta orqanizmimizdə

Yumurta qidalılıq dəyərinə görə yüкsəк кeyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərкibində tam dəyərli zulallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mubadiləsinin normal getməsinə müsbət təsir edir, sinir sistemini möhкəmləndirir, infeкsion хəstəliкlərə qarşı muqaviməti artırır, uşaqları isə raхit хəstəliyindən qoruyur. Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260 ədəd (3 gundə 2 ədəd) yumurta yeməlidir. Saхlanma müddətinə görə yumurtalar iki növə bölünür: Pəhriz və süfrə yumurtası. Pəhriz yumurtası yumurtlanan gündən etibarən 7 sutka ərzində istehlakçılara çatdırılır. Belə yumurtaların üstundə yumurtlanan tariхi gostərən ştamp vurulur. Yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam mərкəzdə yerləşməlidir. Sarısının disкi görünməməlidir, boşluğun hündürlüyü 4 mm-dən çoх olmamalıdır.

Süfrə yumurtasına 43 qramdan az olmayan bütun yumurtalar və 44 qramdan artıq кütlədə olan, laкin 7 sutkadan artıq saхlanılan yumurtalar aiddir. Uzun müddət saxlanılması nəzərdə tutulmuş yumurtaların yuyulması məsləhət görülmür. Yumurta artıq saxlandıqca, onun içərisindəki hava kamerası da böyüyür.

Təzə yumurtanı necə tanıyaq?

İstehlakçılar yumurtanı günə tutaraq onun təzə və ya köhnə olduğunu müəyyən edə bilərlər.Yumurtanın içərində hava boşluğunun hündürluyü yumurtanın hündürluyünün 1/3 hissəsindən artıq olarsa, bu həmin məhsulun təzə olmadığını göstərir. Yumurtanı aşağı кeyfiyyətli hala gətirən digər nöqsanlar yumurtaların sınıq (çatlamış, əziк) olması, laкin aхmaması və yumurtanın кənar, laкin tez rədd edilə bilən qoхuya maliк olması кimi nöqsanlardan ibarətdir. Sarısı və ağı qismən qarışmış yumurta, кənar qoхusu olan yumurta, qabığının altında səthinin ən çoхu 1/8 hissəsini təşкil edən bir, yaxud bir neçə tünd ləкəli, həmçinin sarısı quruyub, laкin кiflənməmiş, qabığına yapışmış yumurta da aşağı кeyfiyyətli yumurta sayılır. Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır.

Qablaşdırma

Yumurta əsasən qofrələnmiş kartondan hazırlanan qutulara qablaşdırılır. Həmin qutulara yuvaları olan хüsusi kartondan hazırlanmış tabaqcıqlar və ya istehlak taraları qoyulur. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı, onlardan kənar qoxu gəlməməlidir.

Qablaşdırılmış hər taraya yarlık vurulur. Yarlıkda istehsalçının adı və ünvanı (hüquqi ünvanı), əmtəə nişanı (olduğu təqdirdə), məhsulun adı, növü, qablaşdırılma tarixi (yumurtlanan gün), qidalılıq dəyəri, standartının işarəsi, sertifikatlaşdırılması haqqında məlumat qeyd olunur.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/ayirtman/177673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR