Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb
17:37 28 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı.28 noyabr. REPORT.AZ/ Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib. 
"Report"un oyunu canlı izləyən əməkdaşının məlumatına görə, 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-oyun-zamani-bas-hakim-vereqeleri-sehv-salib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR