İraqın şimalında yaradılan kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq

İraqın şimalında yaradılan kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq
17:47 28 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu məsələ muxtariyyət hökumətinin başçısı Neçirvan Barzaninin Ankaraya səfəri zamanı müzakirə olunub.
İnformasiyaya görə, hökumət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşüb. 
Rəsmi Ankara muxtariyyətin bu istəyini müsbət qarşılayıb.
Məlumata görə, 2017-ci ilin əvvəlində İraq səfirliyinin himayəsi altında Türkiyədə muxtariyyətin nümayəndəliyi açılacaq.
Qeyd edək ki, İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin ABŞ və Rusiya da daxil olmaqla 14 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. İraqın şimalında yaradılan bu hökumətin lideri Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Ankara nümayəndəliyi isə 1996-cı ildə açılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-raqin-simalinda-yaradilan-kurd-muxtariyyetinin-turkiyede-numayendeliyi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR