Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
17:52 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 29-da saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/astara-magistral-qaz-kemerleri-sahesinde-temir-isleri-aparilacaq34567890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR