Boşanma üstündə daha bir FACİƏ: Arvadını, qaynanasını öldürdü

Boşanma üstündə daha bir FACİƏ: Arvadını, qaynanasını öldürdü
18:05 28 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada  türkiyəli vətəndaş cinayət törədib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Fransanın Evre, Netreville qəsəbəsində dünən səhər saatlarında cinayət hadisəsi baş verib.
Belçikadan Fransaya gələn 46 yaşlı türk vətəndaşı boşanma ərəfəsində olduğu 40 yaşındakı xanımı, 66 yaşlı qaynanasını silahla vuraraq öldürüb. 70 yaşındakı qaynatasını isə ağır yaralayıb.
Bildirilir ki, cütlüyün 3 övladı var. Hadisə uşaqlardan ikisinin gözləri önündə olub.
Cinayəti törədən şəxs polisə təslim olub. İstintaq aparılır. Hadisənin tərəflər arasında anlaşılmazlıqdan dolayı yaşandığı deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR