Nazarbayevdən Astananın onun şərəfinə adlandırılması təklifinə münasibət

Nazarbayevdən Astananın onun şərəfinə adlandırılması təklifinə münasibət
19:17 28 Noyabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə paytaxtının onun şərəfinə adlandırılması təkliflərinə görə həmvətənlərinə təşəkkürünü bildirib.

Milli.Az bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bundan əvvəl parlamentin Aşağı palatasının deputatı Kuanış Sultanov paytaxt Astananın ölkə prezidentinin şərəfinə adlandırılmasını təklif etmişdi. Bir sıra deputatlar paytaxtın adının "Nursultan" və ya "Nazarbayev"ə dəyişdirilməsini istisna etməyiblər.

N.Nazarbayev isə buna lüzum görmür: "Ölkəmizin 25 ildə qazandığı nailiyyətlərin mənim adımla bağlanması xoşdur, lakin silahdaşlarım olmadan biz bu uğurları qazana bilməzdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR