Zaur Svanadze: "10 nəfərlə oynamaq çox çətin idi"

Zaur Svanadze: "10 nəfərlə oynamaq çox çətin idi"
19:22 28 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ "Qələbəyə çox yaxın idik. Son dəqiqələrdə kiçik səhv qələbəni əldən verdi. İlk hissədə yaxşı oynadıq". 
"Report"un məlumatına görə, bu fikirləri "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Zirə" ilə keçirilmiş oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis Skarlatakenin meydandan qovulmasından sonra bir az müdafiəyə çəkildiklərini bildirib: "Adi ötürmələrdə səhvə yol verdik. 10 nəfərlə oynamaq çətin idi. Mürəkkəb oyun alındı. Qarşıya baxmalı və nöbvəti oyuna hazırlaşmalıyıq. Artıq "Zirə" ilə ikinci oyundur son dəqiqələrdə qol buraxırıq. Bunu diqqətsizliklə əlaqələndirərdim".
Z.Svanadze növbəti tur "Qarabağ"la keçiriləcək oyundan da söz açıb: "Bugünkü nəticə motivasiya baxımından "Qarabağ"la oyuna təsir etməyəcək. Bununla bağlı problemimiz yoxdur. Ancaq oyunun necə gedəcəyi ilə bağlı nəsə deyə bilmərəm. Növbəti turda Skarlatake olmayacaq. Tərlan son zamanlar yaxşı oynayır. Ancaq öz mövqeyində oynasa, daha yaxşı olar. Artıq fikrimdə onu əvəzləyəcək futbolçu var".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zaur-svanadze-10-neferle-oynamaq-cox-cetin-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR