Tehran nüvə sazişinin iflasına hazırdır

Tehran nüvə sazişinin iflasına hazırdır
19:27 28 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

"Tehran Qərblə əldə olunmuş nüvə sazişinin iflasa uğraması halında çıxış yolu olaraq bir neçə variant hazırlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, danışıqlar aparılarkən bu sazişin iflasa uğraması mümkünlüyü İran tərəfindən nəzərə alınıb: "Biz 1,5 il ərzində uranı geniş həcmdə zənginləşdirə bilərik, lakin bu sazişə zərər gətirmək istəməzdik".

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qərbin İranla əldə etdiyi sazişə yenidən baxacağını vəd etmişdi. Seçki kampaniyası zamanı D.Tramp İranla bu danışıqlarda ABŞ-ı "ağılsız adamların" təmsil etdiyini demişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR