"Lufthansa" bu dəfə iki gün tətil edəcək

"Lufthansa" bu dəfə iki gün tətil edəcək
19:37 28 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Lufthansa" aviaşirkəti pilotların tətili səbəbindən 29-30 noyabr tarixlərinə planlaşdırılan 1700 reysin təxirə salındığını elan edib.

Milli.Az bildirir ki, Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Almaniyanın "Vereinigung Cockpit" Həmkarlar İttifaqı pilotları çərşənbə axşamı və çərşənbə günü daha bir tətil etməyə çağırıb.

Beləliklə, aviaşirkətin işi ardıcıl ikinci həftə xeyli məhdudlaşacaq. Ötən həftə Bakıya uçuşlar da daxil olmaqla, təqribən 3 min reys təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR