Ən QORXUNC SSENARİ, birləşmiş ordu Azərbaycana qarşı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ən QORXUNC SSENARİ, birləşmiş ordu Azərbaycana qarşı... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 28 Noyabr 2016
466 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır. Günün ən çox müzakirə olunan məsələlərdən biri də Türkiyənin Tunceli vilayətinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulmasıdır. Suriyanın Hələb şəhərində hadisələri getdikcə qorxunc hal almağa başlayıb və proseslər Dəməşq ilə onun müttəfiqi olan Moskvanın istədiyi şəkildə gedir. Belarus prezidenti Aleksandr Lukaşenkonun bu gün Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.

Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırladığı barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun yaradılması Ermənistan üçün tələdir.

“Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada “Üçüncü dövlətə qarşı yönəlməyib” qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür”.

Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var.

“Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin, mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına yaşıl işıq yandırılmasına çalışır”.

Ancaq Ermənistan müdafiə naziri Vigen Sərkisyan sözlərinə görə, Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq. “Ermənistana hücum zamanı Gümrüdəki yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir. Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırkı şəraitdə hüquqi əsas məhz bu müqavilədir”, - deyə, o bildirib.

Qeyd edək ki, Sərkisyan bu gün Moskvaya səfər edib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun bu gün Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb.İki gün davam edəcək səfər çərçivəsində bir sıra ikitərəfli münasibətlərin müzakirə olunacağı, yeni müqavilələrin imzalanacağı gözlənilir.

Qarabağ üçün “ikinci Minsk”: Lukaşenkonu Bakıya gətirən SƏBƏBLƏR

Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi proseslərdən xəbər verir.

Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK FAKTLAR

Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib. Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Türkiyədə Monte Melkonyana abidə qoyuldu – ŞOK FAKTLAR

Bu faktları Əli Erdinçin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib.

Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fazil Mustafa və Asim Mollazadə faktı şərh ediblər.

Melkonyana qoyulan abidə azərbaycanlıları ayağa qaldırdı - ŞƏRHLƏR

Bu, Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək üçün edilir.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey erməni terrorçusuna abidə qoyulmasını ASALA-nın şəhid etdiyi türk diplomatlara, eyni zamanda, Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlik adlandırıb. ASİMDER rəhbəri qeyd edib ki, erməni lobbisi təkcə xaricdə yox, Türkiyənin içində də separatçı qruplarla birgə təxribat planları qurur.

Azərbaycan və Türkiyəyə qarşı ASALA-PKK ittifaqı –Terrora qoyulan ABİDƏ

Erməni terrorçusuna abidə qoymaq Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlikdir.

Erməni terrorçusu Monte Melkonyanın başını kəsən Azərbaycanın kəşfiyyat-diversiya dəstəsinin keçmiş komandiri, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində ASALA terrorçularına abidə qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.

“Mən az öncə məsələ ilə bağlı Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu ilə danışdım, ona narahatlığımı bildirdim. Cənab Yalçın Topçu isə mənə bildirdi ki, məsələ Türkiyə hökuməti tərəfindən araşdırılır. Cənab Yalçın Topçu söz verdi ki, əgər Türkiyədə Monte Melkonyanın abidəsi varsa, götürüləcək. Hətta, onun yerində mənim abidəmin qoyulacağını bildirdi”? - İ.Hüseynov qeyd edib/

Melkonyanın abidəsinin yerində İbad Hüseynova heykəl ucaldılacaq – Türkiyə SÖZ VERDİ

Əgər Türkiyədə Monte Melkonyanın abidəsi varsa, götürüləcək.

Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır

Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib. Noyabrın 15-də əməliyyata başlayan rejim gücləri bu gün səhər saatlarında müxalifətin nəzarət etdiyi əraziləri iki hissəyə bölüb.

Müxaliflətin nəzarət etdiyi mövqelər şimal və cənub olmaq üzrə iki hissəyə ayrılıb. Əllərindəki ərazinin üçdə birini itirən müxalifət qüvvələri çox qorxunc bir ssenari ilə üz-üzədir. Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı müxalifətin Hələbin şimali-şərqindəki bütün ərazini itirdiyini açıqlayıb. Bu, 2012-ci ildən bu yana şəhərin yarısını əlində saxlayan müxalifət üçün ən pis mənzərədir.

Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır

Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib.

Putindən Qərbə TƏHDİD: “Məğlub olarsınız!”

İtaliyanın “La Stampa” qəzetində Rusiya prezidenti Vladimir Putin “Rusiyaya güvənmənin tam vaxtıdır, terrora qarşı tək cəbhə” məqaləsi dərc edilib.

Putin məqaləsində dünyaya iqtisadiyyatdan terrora, siyasətdən tarixə qədər bir çox sahələrlə bağlı sərt mesaj verib.

Rusiya prezidenti mövcud beynəlxalq əlaqələr sistemində davamlı olaraq böhranların yarandığını, siyasət və iqtisadiyyatdakı prinsiplərin isə güclü ölkələrin maraqları istiqamətində dəyişdirildiyini söyləyib. Rusiyanın dövlət başçısı NATO-nun “soyuq müharibə” dövründən etibarən yeni şərtlərə alışa bilmədiyini qeyd edib. Putin iqtisadi güc və siyasi təsirin bölüşdürülməsi ilə əlaqədar fikir ayrılıqlarının çoxaldığını, etibarsızlıq mühitinin yarandığını vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət 25 il əvvəl bəzi ölkələr tərəfindən edilən səhv seçimin nəticəsidir.

Putindən Qərbə TƏHDİD: “Məğlub olarsınız!”

Bu, çox təhlükəli bir oyundur, bu oyunun iştirakçılarına bir daha səslənirəm.

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş ölkəsinin Suriya ilə bağlı planını açıqlayıb. O,5 min kvadrat kilometr ərazini terrorçulardan təmizləyəcəklərini qeyd edib: “Fərat qalxanı” əməliyyatı davam edir. 5 min kvadrat kilometr ərazini terrorçulardan təmizləməyi qarşımıza məqsəd qoymuşuq”.

İŞİD terror təşkilatı Colan təpələrində israilli əsgərlərə pulemyot və minaatanlarla atəş açıb. Anında havaya qalxan İsrail təyyarələri İŞİD terrorçularını daşıyan avtomobilləri məhv edib. Hadisə İŞİD və İsrail arasında qarşıdurma kimi qeydə alınıb. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən bu yana ilk dəfə İsrail əsgərləri İŞİD-in hücumuna məruz qalır. Hücumun Yermuk Şəhidləri qrupu tərəfindən təşkil edildiyi təxmin edilir.

Yanukoviç müstəntiqlər qarşısında

Bu gün Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsi prosesinin ikinci mərhələsi keçirilib. Yanukoviç “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindirilib. Onlar 2014-cü il fevralın 20-də Kiyevdə Maydan hadisələrinin 50 iştirakçısını güllələməkdə şübhəli bilinir.

Yanukoviç Müstəqillik meydanında (Maydan – red.) mitinqlər zamanı vəziyyətin gərginləşməsinə görə radikalların günahkar olduğunu bildirib.

Yanukoviç: “Kortejim avtomat silahdan atəşə tutulmuşdu"

Mən vəziyyətin kəskinləşməsindən qaçmaq üçün hər şeyi edirdim

O, noyabrın 25-də keçirilən ilk dindirilmə zamanı hərbi vəziyyəti tətbiq etməməsini Maydan hadisələrində əsas səhvi adlandırıb.

Ukrayna Baş Prokuroru Yuri Lutsenko Viktor Yanukoviçin dövlətə xəyanətdə şübhəli bilindiyini elan edib. Onun sözlərinə görə, artıq bununla bağlı məlumat bütün lazımi ünvanlara göndərilib.

Avropa İttifaqından daha bir ölkə qopur: “Əgər Türkiyə...”

“Türkiyə Avropa İttifaqına üzv olarsa, Avstriyanın quruma üzvlük məsələsini referenduma aparacağam”.

Bunu Avstriya prezidentliyinə namizəd, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer deyib.

Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellenlə teledebata çıxan Norbert Hofer şəxsən Avstriyanın Avropa İttifaqından çıxmasını istəmədiyini söyləyib.

Avstriyadan sonra Avropanın daha bir ölkəsi Türkiyəyə silah satışına embarqo qoyub. Almaniyanın silah istehsalçısı olan “Heckler & Koch” şirkəti Türkiyəyə silah satışına qadağa qoyub.

Qeyd edək ki, Avstriya parlamenti üç gün əvvəl Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdilliklə qəbul edib. Yaşıllar Partiyasının təqdim etdiyi layihəni parlamentdəki 6 partiya dəstəkləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlamaqda ittiham edilən 50 nəfər barəsində cinayət işi açılıb. Həmin şəxslərin adı açıqlanmayıb. Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı xüsusi təyinatlılardan ibarət qrup Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edib.

Tramp əks hücuma keçdi – Klintonu öz silahı ilə vuracaq

ABŞ-da prezident seçkilərindən 20 gün keçməsinə baxmayaraq, səslərin sayılmasında saxtakarlığın edildiyinə dair iddialar gündəmdən düşmür. Seçkilərin qalibi olan Donald Tramp Virciniya, Nyu-Hempşir və Kaliforniya ştatlarında seçki saxtakarlığının edildiyini söyləyib.

Sözügedən ştatlarda Trampın rəqibi Hillari Klinton qələbə qazanıb.

## 177624##

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/177684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR