Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi açılıb

Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi açılıb
20:17 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi açılıb.
Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, rəsmlərdə Azərbaycan uşaqları əsasən Özbəkistanın mədəniyyəti, tarixi, abidələri, ədət və ənənələrinə dair çəkdikləri rəsmlər yer alıb.
Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sərginin məqsədinin iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu, layihəyə 2013-cü ildən start verildiyini deyib.
Sonra Daşkənddəki Qlier adına ixtisaslaşmış musiqi akademik liseyinin şagirdləri Azərbaycan və özbək bəstəkarlarının əsərlərini ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.








Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/daskendde-ozbekistan-azerbaycan-usaqlarinin-gozu-ile-resm-ve-el-isleri-sergisi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR