Prezident İlham Əliyev: "Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik"

Prezident İlham Əliyev: "Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik"
21:27 28 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev bu gün rəsmi qarşılanma mərasimindən sonra Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib.

Dövlət başçısı bildirib: "Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Bu ondan xəbər verir ki, dövlətlərimiz arasında çox yaxın və dostluq münasibətləri var. Biz sizinlə Minskdə, Bakıda və digər yerlərdə beynəlxalq tədbirlər çərçivəsində mütəmadi olaraq görüşürük və həmişə sizinlə fikir mübadiləsi faydalı və xoş olur. Biz son illər ərzində ikitərəfli formatda çox məsələləri həll etmişik, yaxşı nəticələr var. Hər dəfə yeni görüşdə biz yekunlar aparırıq və görürük ki, qısa zaman ərzində olsa da, yenə nəticə var. Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığın fəal davam etdirilməsi niyyətindəyik. Bu gün ikitərəfli format həyatımızın praktik olaraq bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə də əməkdaşlığın genişləndirilməsi prosesi gedir. Eləcə də əməkdaşlığın yeni istiqamətlərini müəyyən edirik. Biz dostuq, tərəfdaşıq və bütün məsələlər də həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi, Azərbaycanın yaxşı dostu, Azərbaycanda çox sevilən və hörmət edilən şəxsi yenidən Bakıda görməkdən çox şadam. Əminəm ki, bugünki görüşümüz əməkdaşlığımıza yeni təkan verəcək. Perspektivdə münasibətlərin inkişaf yollarını müəyyən edəcək bir çox sənədlər imzalanacaq. Əlbəttə, Sizinlə ikitərəfli, regional, eləcə də dünya ictimaiyyətini narahat edən məsələlər barədə də danışacağıq. Biz Sizinlə dost, tərəfdaşıq. Bir daha səmimi qəlbdən Sizə xoş gəlmisiniz deyirəm. Ölkəmizə səfərlə bağlı təklifi qəbul etdiyiniz üçün təşəkkür edirəm, sizə uğurlu və xoş səfər arzu edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR