"Dayanmaq istəmirik"

"Dayanmaq istəmirik"
22:05 28 Noyabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin yarımmüdafiəçisi Eden Hazar Premyer Liqada gedən çempionluq mübarizəsinə fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu bunları deyib:

"Çempion olmaq üçün "Manchester City" və "Liverpool"u qabaqlamaq lazımdır. Hər ikisi yaxşı komandadır. Qalib olmaq üçün turnir cədvəlində onlardan daha çox xal toplamaq lazımdır. "Manchester City" üzərində "Etihad"da qələbə niyyətimizi aydın göstərəcək. Ümid edirəm, yaxşı oyun olacaq. Eyni ruhda davam edib dayanmaq istəmirik. Özümüzə inanırıq və hər oyuna qələbə üçün çıxırıq. Avrokubokda iştirak etmirik deyə hazırlaşmaq üçün 1 həftə vaxtımız olur. Bu müddətə tam hazır olmağı bacarırıq. Ötən mövsüm heç bərpa olunmağa vaxt tapmırdıq. İndisə vəziyyət başqadır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR