Lənkəranda 1-ci sinif şagirdi dərsdə özünü pis hiss edərək dünyasını dəyişib

Lənkəranda 1-ci sinif şagirdi dərsdə özünü pis hiss edərək dünyasını dəyişib
23:22 28 Noyabr 2016
460 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 28 noyabr. REPORT.AZ/ Bu gün günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.
"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.
Məktəbə çağırılan "təcili yardım" həkimləri ilkin müdaxilədən sonra məktəblini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Uşaq qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq X.Ağayeva dünyasını dəyişib. 
Qeyd edək ki, uşaq ailənin tək övladı olub. Anası həmin məktəbin müəlliməsidir. Son zamanlar səhhətində problemlər yaranıb. Lakin, uşağın xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-1-ci-sinif-sagirdi-dersde-ozunu-pis-hiss-ederek-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR