Gəncədə avtomobil piyadanı vurub öldürüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Rac Xəlilov "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Milli.Az