Anjelina Varumdan fanatlarında şübhə doğuran etiraf - foto

Anjelina Varumdan fanatlarında şübhə doğuran etiraf - foto
00:31 29 Noyabr 2016
110 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Anjelina Varum İnstaqram səhifəsində maraqlı paylaşım edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, uşaq şəkli paylaşan Anjelina bir vaxt ürəyindən keçən arzularını qeyd edib:

"Uşaqlıqda hərənin bir arzusu olur. Mənim arzum isə telefon köşkündə yaşamaq idi. Bunun üçün səbəblərim də var idi. Belə ki, anam ayda iki dəfə mənə ev yığışdırtdırırdı. Evimiz də böyük idi. Telefon köşkləri isə balaca olur, düşünürdüm orada yığışdırılmalı heç nə yoxdur. Həm də mən genişliyi deyil, yığcamlığı sevdiyimdən orada yaşamaq istəyirdim".

Varumun bu paylaşımını bəzi fanatları birmənalı qarşılamayıblar. Çünki müğənninin Moskva ətrafındakı bağ evi, Moskva və Mayamidəki mülkləri onun yığcam sahə sevdiyini əks etdirmir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR