Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirir

Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirir
01:08 29 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik", - deyə prezident bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR