Belarus prezidenti: "Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan alırıq"

Belarus prezidenti: "Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan alırıq"
01:17 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bu, yaxşı deyil ki, Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan və başqa yerlərdən alırıq".
"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz cənub meyvələrini praktiki olaraq başqa ölkələrdən alırıq. Azərbaycandan az alırıq. Bunu qaydaya salmaq lazımdır. Prezident düzgün irad tutdu. Bu, yaxşı deyil ki, Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan və başqa yerlərdən alırıq. Zənnimcə, bu meyvələrin Belarusda rəqibləri olmayacaq", - deyə Lukaşenko qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR