Prezident İlham Əliyev: “Azərbaycan və Belarus beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir”

Prezident İlham Əliyev: “Azərbaycan və Belarus beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir”
01:19 29 Noyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

“Bizim əlaqələrimiz çox səmimi, açıq, dostluq xarakteri daşıyır. İndicə imzalanan hər bir sənəd böyük əhəmiyyət kəsb edir. Sənədlər arasında prezidentlərin imzaladığı və əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən, eləcə də münasibətlərimizin ruhunu və xarakterini əks etdirən Birgə Bəyanat xüsusi yer tutur”.

 

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev noyabrın 28-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında deyib.

 

“Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər”, deyə prezident İ.Əliyev bildirib.

 

Dövlət başçısı qeyd edib ki, iki ölkə yaxşı qarşılıqlı fəaliyyət, birgə layihələrin reallaşdırılması tarixinə malikdir: “Bunların arasında əlbəttə ki, traktorların istehsalı üzrə zavod xüsusi yer tutur. Qısa müddət ərzində prezidentlərin təkcə xoş arzuları və tövsiyələri ilə Gəncədə yaradılan MAZ avtomobilləri zavodu buna nümunədir. Qısa vaxtda Belarus tərəfi bizə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən müasir super istehsal sahəsi yaratmağa böyük kömək göstərib. Biz texnika idxalından asılılığı xeyli dərəcədə azaltmışıq. Eləcə də bu gün deyildiyi kimi, istehsal olunan maşınların, mexanizmlərin, traktorların başqa ölkələrə ixracına başlamışıq. Biz aqrosənaye kompleksləri sahəsində əməkdaşlıqla bağlı hərtərəfli müzakirə apardıq. Şadam ki, kənd təsərrüfatının bu sahəsində də Belarus mütəxəssisləri tərəfindən iri layihə reallaşdırılacaq. Belarus tərəfinin bu sahədə çox yaxşı təcrübəsi var”.

 

Prezident İlham Əliyev Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda ticarət evlərinin yaradılması barədə qərarın qəbul olunduğunu bildirib: “Biz bu məsələdə Belarusdan geri qalırıq. Belə ki, Belarusun artıq Azərbaycanda ticarət nöqtələri, obyektləri var. Biz isə hələlik buna yeni hazırlaşırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə mövqelərimizi bərabərləşdirəcəyik. Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik”.

 

Energetika sahəsinə toxunan dövlət başçısı bildirib ki, bu əməkdaşlığın uzunmüddətli və möhkəm olması barədə də müvafiq göstərişlər verilib: “Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır. Mən həm də belə bir məsələ qaldırdım ki, biz nəqliyyat sahəsində əməkdaşlıq barədə məsləhətləşmələrə başlamalıyıq. Bildiyiniz kimi, biz regionumuzda yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı iri layihələr həyata keçiririk. Azərbaycanın və Belarusun coğrafi mövqeyi bizə bu istiqamətdə çox fəal əməkdaşlıq etməyə imkan verir. Biz imkanlarımızdan və müxtəlif ölkələrlə əlaqələrdən istifadə edərək öz ölkələrimizin ərazisindən yük daşımalarının həcmini artırmalıyıq. Əminəm ki, bu səfər  bizim qarşılıqlı dostluq münasibətlərimizin inkişafına təkan verəcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12