Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır
01:27 29 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus əczaçılıq sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Kənd təsərrüfatı üzrə çox maraqlı layihə olacaq. İlham Əliyev bu layihəni dəstəklədi. Mən artıq dediyim kimi, biz öz müəssisələrimizdən birini sizin üçün tam hazır vəziyyətə gətirməyə, həmçinin əczaçılıq sahəsində əməkdaşlıq etməyə hazırıq. Sizin indi üzləşdiyiniz bir problemi – dərman təhlükəsizliyi problemini vaxtilə biz həll etmişik. Bu, bəlkə ərzaq təhlükəsizliyindən də vacib məsələdir. Ölkənin öz dərmanları olmalıdır. Bizdə bu sahədə problem var idi. Vaxtilə dərmanların 13-16 faizini özümüz istehsal edirdik, indi isə bu göstərici 53 faizə çatıb. Düşünürəm ki, siz də bu problemi həll edəcəksiniz. Bu, birdən-birə həll edilmir, bunun üçün vaxt lazımdır. Biz bu gün Azərbaycanın müvafiq şirkətləri ilə, o cümlədən aramızda mövcud olan böyük dostluq və etimad əsasında əməkdaşlıq etməyə hazırıq", - deyə Belarus prezidenti söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/belarus-eczaciliq-sahesinde-azerbaycanla-emekdasliq-etmeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR