Lukaşenko: "Qadınların xətrinə dəyməsin, Qafqazda əsl kişi koloriti var"

Lukaşenko: "Qadınların xətrinə dəyməsin, Qafqazda əsl kişi koloriti var"
02:02 29 Noyabr 2016
185 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Mən artıq demişəm ki, Bakıya tez-tez gələndə gördüyüm hər şeyə həsəd aparıram. Sizin yaratdıqlarınıza həsəd aparıram və bu, çox vaxt məni bizim həll etməli olduğumuz problemlərdən yayındırır".
"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Sizin gördüyünüz bütün işlər ciddi şəkildə öyrənilməyə və bizim vətənimizdə həyata keçirilməyə layiqdir. Bunlar ömürlük qalan abidələrdir. Xırda şeyləri xalqlar unudur, amma bunlar hamısı qalır. Sizin etdiklərinizi biz məmnuniyyətlə sizdən öyrənəcəyik. Yeri gəlmişkən, biz uçuş-enmə zolağı tikirik. O vaxt razılaşdığımız kimi, bizim mütəxəssislər buraya gəliblər. Sağ olun ki, siz bu təcrübəni gizlətmədiniz. Siz bir sıra idman obyektləri üzrə öz layihələrinizi bizə göstərirsiniz və biz onları Belarus şəraitinə uyğunlaşdırır, onlara oxşar obyektlər yaradırıq. Bunu təkrar etmək, əlbəttə, çətindir. Burada Şərq koloriti, Qafqaz koloriti var. Qadınların xətrinə dəyməsin, Qafqazda əsl kişi koloriti var", - deyə Aleksandr Lukaşenko qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR