Belarus prezidenti: “Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir”

Belarus prezidenti: “Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir”
02:24 29 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

"Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim kimi münasibətləri olan dövlətlər çox deyil. Biz çox səmimiyik və bunu gizlətmirik. Biz bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik".

 

APA-nın məlumatına görə, bu barədə prezident Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında deyib.

 

“Əlbəttə, hər şeyin əsası ticari-iqtisadi əməkdaşlıqdır. Biz gizlətmirik ki, son bir ildə dünya böhranı ilə əlaqədar bizim ticari-iqtisadi əməkdaşlığımızda geriləmə olub. Bu gün razılığa gəldik ki, - hətta rəqəmlər göstərildi, mən onları təxmini təkrarlayım, - gələn il biz əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdıra bilərik. Biz kənd təsərrüfatında sadəcə malgöndərmələr, qarşılıqlı mübadilə layihəsi üzərində işləməyə hazır olmaqla kifayətlənməyib, burada bəzi kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq. Biz yeni kooperativ layihələr barədə də danışdıq.   Neft-kimya sahəsi barədə bu gün çox danışdıq. Biz gözlənilmədən Belarusda Azərbaycan xalçaları istehsalı mövzusuna toxunduq”, deyə prezident A.Lukaşenko bildirib.

 

Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı üzrə çox maraqlı layihə olacaq: “İlham Heydər oğlu bu layihəni dəstəklədi. Mən artıq dediyim kimi, biz öz müəssisələrimizdən birini sizin üçün tam hazır vəziyyətə gətirməyə, həmçinin əczaçılıq sahəsində əməkdaşlıq etməyə hazırıq. Sizin indi üzləşdiyiniz bir problemi – dərman təhlükəsizliyi problemini vaxtilə biz həll etmişik. Bu, bəlkə ərzaq təhlükəsizliyindən də vacib məsələdir. Ölkənin öz dərmanları olmalıdır. Bizdə bu sahədə problem var idi. Vaxtilə dərmanların 13-16 faizini özümüz istehsal edirdik, indi isə bu göstərici 53 faizə çatıb. Düşünürəm ki, siz də bu problemi həll edəcəksiniz”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR