Yaşayış evində qaz partladı: ana və beş uşağı yanıq xəsarəti aldı

Yaşayış evində qaz partladı: ana və beş uşağı yanıq xəsarəti aldı
03:49 29 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistanın paytaxtı Qroznıda fərdi evdə partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  partlayışa təbii qaz sızması səbəb olub.

 

Hadisə nəticəsində evdə yaşayan qadın və onun beş həddi-buluğa çatmayan övladı müxtəlif yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinə dair məlumat verilmir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR