Dörd XİN başçısı Ukrayna üçün Minskə yığışır

Dörd XİN başçısı Ukrayna üçün Minskə yığışır
04:59 29 Noyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 29-da Minskdə Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin  görüşü keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus xarici işlər idarəsinin nümayəndəsi bildirib.

 

Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Jan-Mark Eyro və Pavel Klimkin arasında keçiriləcək  danışıqların gündəliyi açıqlanmır.

 

Xatırladaq ki, oktyabrın 19-da Berlində “Normand dördlüyü” liderlərinin görüşü baş tutub. Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar keçirilib. Tərəflər  Donbas üçün “yol xəritəsinin” tezliklə  hazırlanması, sənəd üzərində işi xarici işlər nazirlikləri səviyyəsində aparılmasına dair razılığa gəliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR