Miçiqan Donald Trampın ştat üzrə qələbəsini təsdiq edib

Miçiqan Donald Trampın ştat üzrə qələbəsini təsdiq edib
06:47 29 Noyabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Miçiqan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ştat üzrə prezident seçkilərində qələbəsini təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
O, Demokratlar Partiyasından olan rəqibi Hillari Klintondan 10 min 704 səs çox toplayıb ki, bu da səsverənlərin təqribən 0,2 faiz bəndini təşkil edir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı postuna keçməyə iki ay qalmış bir neçə istiqamətdən hücuma məruz qalıb. Onun rəqibləri Miçiqan da daxil olmaqla, bir sıra ştatlarda seçicilərin səslərinin yenidən sayılmasına təşəbbüs göstərərək ABŞ tarixində ilk dəfə olaraq Seçicilər Kollegiyasının onun prezident vəzifəsinə təsdiqinə qarşı səs verməsinə nail olmağa çalışırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/miciqan-donald-trampin-stat-uzre-qelebesini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR