İstifadə olunmuş smartfon bazarı artacaq

İstifadə olunmuş smartfon bazarı artacaq
07:12 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər istifadə olunmuş smartfon bazarının artacağını proqnozlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilkin proqnozlara əsasən, artıq 4 ildən sonra dünyada 200 milyondan artıq istifadə olunmuş cihaz satılacaq.
 
Maraqlıdır ki, bu ana qədər istifadə olunmuş cihazların orta statistik qiyməti 136 dollar təşkil edir. Dünya üzrə belə cihazların həcmi isə təxminən 30 milyard dollardır.
 
Amerikalı analitiklər istifadədə olmuş və bərpa edilmiş mobil cihazların satışında indiyədək olmayan artımı qeyd edirlər. Buna ABŞ-da yerləşən bir çox mobil operatorlar, həmçinin pərakəndə satış və şəbəkə mağazaları səbəb olub. Bu mağazalar istifadə olunmuş smartfonların yenisi iləə mübadiləsi proqramından geniş istifadə edirlər.
 
Təkcə ötən il ərzində 81 milyon ədəd belə cihazın satışı həyata keçirilib.

Mill.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR