"Brent" markalı neftin qiyməti bahalaşıb

"Brent" markalı neftin qiyməti bahalaşıb
08:12 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı vaxtı ilə 06:30 olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1,768% qalxaraq bir barel üçün 48,09 dollara çatıb.
"Report" xəbər verir ki, bu barədə İnterkontinental birjada keçirilən hərracların nəticələri deməyə əsas verir.
WTI markalı neftin qiyməti isə 1,875% bahalaşaraq bir barelə görə 48,94 dollara bərabər olub.
OPEK-in tarixi iclasının yaxınlaşması neft bazarında da gərginliyi artırır. Səudiyyə Ərəbistanı və İraq nümayəndələrinin hasilatın dondurulması üzrə planlarla bağlı son ziddiyətli çıxışları isə möhtəkirləri fəallaşdırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-markali-neftin-qiymeti-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR