ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib
08:22 29 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "United Airlines" aviaşirkətinə məxsus Boeing 747 təyyarəsi San-Fransiskoda təcili eniş edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
 
San-Fransisko-Tokio marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.
 
Təyyarənin göyərtəsində 202 sərnişin və 15 ekipaj üzvünün olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR