İŞİD İraqda 56% ərazisini itirib

İŞİD İraqda 56% ərazisini itirib
08:42 29 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 56%-ni itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
"İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 56%-i, Suriyada isə təxminən 27%-i itiriblər", məlumatda qeyd edilir.
 
Oktyabrın 17-dən, Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyatda minə yaxın İŞİD silahlısı məhv edilib.
 
Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR