Bu gün "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq

Bu gün "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq
08:47 29 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.
"Report"un məlumatına görə, turun son oyununda turnir cədvəlinin ilk pillələrini bölüşən "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq.
Oyun "Azərsun Arena"da keçiriləcək. Matçda qalib gələn komanda turnir cədvəlinin lideri olacaq. Matç bərabərliklə başa çatarsa, komandaların mövqeyi dəyişməyəcək. Hər iki komandanın aktivində 28 xal var.
Komandalar bu günə qədər 33 oyunda qüvvəsini sınayıb. Bu qarşılaşmaların 150-si "Qarabağ"ın, 8-i isə "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Qalan 10 oyunda isə bərabərlik qeydə alınıb. Son 6 oyunun hər birində qapılara ən azı 2 qol vurulub. "Qəbələ" son 6 matçda yalnız 1 qələbə qazanıb.
Azərbaycan Premyer Liqası, XIII tur
29 noyabr
19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azersun Arena"
Qeyd edək ki, turun ilk oyun günündə "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. AZAL - "Sumqayıt" və "Zirə" - "İnter" oyununda isə komandalar hərəyə bir qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-bu-gun-qarabag-ve-qebele-komandalari-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR