Azərbaycanda sosial evlərin sayı artırılacaq

Azərbaycanda sosial evlərin sayı artırılacaq
09:22 29 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsində əks olunub.

Layihədə qeyd olunur ki, əhalinin, o cümlədən məcburi köçkünlərin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial xidmətlərin növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları inkişaf etdiriləcək.

Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq, yaşayış üçün təhlükəli obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi davam etdiriləcək və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR