Azərbaycan nefti yenidən 50 dollar həddini ötüb

Azərbaycan nefti yenidən 50 dollar həddini ötüb
09:37 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,10 dollar və yaxud 2,25% artıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,02 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR