Hindistan Azərbaycan vasitəsilə Rusiyaya yük daşımalarına başlayır

Hindistan Azərbaycan vasitəsilə Rusiyaya yük daşımalarına başlayır
09:42 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İran, Azərbaycan, Rusiya və Hindistan gələn aydan etibarən "Şimal-Cənub" nəqliyyat dəhlizini Hindistandan Rusiyaya multimodal yüklərin daşınması üçün istifadə etmək barədə razılığa gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "İran dəmir yolları" şirkətinin vitse-prezidenti Hüseyn Aşuri deyib.

Onun sözlərinə görə, Hindistandan yüklər İranın cənub limanına çatdırılacaq, oradan isə qatar və yük maşınları vasitəsilə Azərbaycandan keçməklə Rusiyaya hərəkət edəcək.

Bu marşrut üzrə sınaq konteyner qatarı iki ay əvvəl yola salınmışdı. H.Aşurinin sözlərinə görə, hazırda bu yolla yük daşınması 22 gün davam edir, daha sonra isə bu müddət 19 günə qədər azalacaq.

"Şimal-Cənub" dəhlizi ilə bağlı danışan H.Aşuri bu marşrutla əlaqədar İranın ölkə daxilində iki dəmir yolu xəttinin tikntisini planlaşdırdığını deyib.

Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yollarının müvafiq olaraq 7 ay və 5 il müddətinə başa çatdırılacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/493991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR