Yanukoviç üzr istədi: "Əlimdən gələni etmişəm"

Yanukoviç üzr istədi: "Əlimdən gələni etmişəm"
09:47 29 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin qış aylarında Kiyevdə baş verən etiraz aksiyaları zamanı həlak olanların ailələrindən üzr istəyib.

"Mən bu hadisələr zamanı həlak olmuş insanların ailələri və yaxınlarına müraciət edirəm. Mən sizdən üzr istəyirəm. Bu faciənin baş verməməsi üçün əlimdən gələn hər şeyi etmişəm", - Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Yanukoviç bəyan edib.

Sabiq prezident əlavə edib ki, "Maydan"da baş verənlərə görə siyasi məsuliyyəti etirazçıların liderləri daşıyırlar. 

"Bu hadisələr hakimiyyəti ələ keçirən "Maydan" liderlərinin xeyrinə oldu. Mən və mənim komandam qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik", - deyə Yanukoviç qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR