Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər
10:37 29 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Oka” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54 040 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-qacaqmalciliq-yolu-ile-kecirilen-pirotexniki-vasiteler-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR